Əlillər birdəfəlik yardım aldı

Əlillər birdəfəlik yardım aldı
  30 İyul 2013    Oxunub:2005
434 nəfər əlil və şəhid ailəsinə maddi yardımlar verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzVision.az-a verilən məlumata görə, nazirlik tərəfindən əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara maddi və texniki yardımın təşkili sahəsində həyata keçirilən tədbirlərin davamı olaraq, cari ilin ilk yarımilində 20 Yanvar faciəsinin ildönümü əlaqədar 434 nəfər əlil və şəhid ailəsinə maddi yardımlar verilib.

Həmçinin bu müddətdə Çernobıl qəzasının ildönümü ilə əlaqədar həmin qəzada xəsarət almış 500 nəfər əlil, 9 May-Böyük Vətən müharibəsində Qələbənin ildönümü münasibəti ilə bir qrup müharibə veteranı birdəfəlik maddi yardımla təmin edilib.

Bu müddətdə Nazirlik tərəfindən qəbul edilən və sosial vəziyyəti çətin olan 74 nəfər əlilin müraciətinə uyğun olaraq, onların sosial-məişət problemlərinin həll edilməsinə müvafiq maddi köməkliklər göstərilib.


Teqlər:





Xəbər lenti