Düşmən silahı susmaq bilmir

Düşmən silahı susmaq bilmir
  29 İyul 2013    Oxunub:1007
Azərbaycan əraziləri Ermənistan tərəfindən atəşə tutulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Goranboy rayonunun Gülüstan, Tapqaraqoyunlu, Ağdam rayonunun Mərzili, Tərtər rayonunun Çaylı, Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.


Teqlər:





Xəbər lenti