Fazil Mustafadan Eynulla Fətullayevə dəstək

Fazil Mustafadan Eynulla Fətullayevə dəstək
  29 İyul 2013    Oxunub:1066
DEMOKRATİZM
Millət vəkili, Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa facebook sosial şəbəkəsində yazdığı statustda jurnalist Xədicə İsmayıl və bloqqer Emin Millinin Eynulla Fətullayevi təhqir etməsinə münasibət bildirib. AzVision.az həmin çıxışı təqdim edir:

DEMOKRATİZM

“Bu mübahisəyə qarışmaq istəməzdim. Təbii ki, təhqiramiz status yazan bütün şəxslərin insan olaraq ləyaqət problemi olduğunu düşünürəm və başqalarını sözün gücü ilə mədəni və səviyyəli üslubda tənqid edərək haqsızlığını ortaya qoymağa gücü çatmayanların təfəkkür geriliyinin bir nümunəsidir təhqir...Olsun. Necə deyərlər, bir hədis ifadəsində deyildiyi kimi: “Pis söz sahibinindir!” Jurnalist Eynulla Fətullayevin jurnalist Xədicə İsmayılova və bloqqer Emin Milli tərəfindən təhqir olunmasına yəqin ki, özünün cavab sözü və gücü yetərlidir. Toxunacağım mövzu başqadır. Xədicə İsmayılova yazır ki, Eynulla Fətullayevin yaratdığı saytı oxuyan, müsahibə verən hər kəsin ağlına şübhə ilə yanaşır. Emin Milli isə Eynullanın dostluğunda olanları öz dostluğundan siləcəyi ilə hədələyir.
Bunlar həqiqətənmi bu dünyagörüşlə demokratiya uğrunda mübarizə apardıqlarını iddia edirlər? Modern insan hətta düşmən hesab etdiyi şəxslərin görüşlərini oxumalı, onu müzakirə etməli, nəyin doğru, nəyin yalan olduğunu araşdırmalı, münasibətini ortaya qoymalıdır. Mənim sevmədiyimi oxuyanlar ağılsızdır deyən zehniyyət, mənim sevmədiyim insanla dost olanlar düşməndir, deyə tələffüz edən bir düşüncə sahibinin Hitlerdən fərqi böyükdürmü? İdeolojı xəstəlik, insan natamamlığı gör bir haraya sürükləyir bunları? Düşüncələrində yer alan insan dəyərləndirməsinin yanlış mühakiməsinə də qarışmıram. Sadəcə, özünüzə heç olmazsa, demokrat deməyin, demokratik hərəkatın təmsilçiləri olduğunuzu iddia etməyin. Deyin ki, bu hakimiyyətin düşməniyik, bu rejimi dəyişmək istəyirik. Ancaq gətirmək istədiyimiz sistemin, düşüncə tərzinin demokratiya ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Somalidə terror əsdirən “Əl-Şahab” qruplaşması var. “Quran”dan başqa bir şey oxuyanı kafir olaraq görürlər. Onlardan fərqiniz nədir? Harasından baxsan, bu yanaşma acınacaqlı bir psixi pozuntudan xəbər verir. Mən xəbər izləyirəm, sayt oxuyuram, Eynulla Fətullayevi də, hətta insan kimi sayğı duymadığım halda Xədicə İsmayılovanı da, Emin Millini də, bir erməni, bir rus, bir yəhudi yazarını da, saytını da oxuyub, problemin qoyuluşunun doğru və ya yanlış olduğunu təhlil edirəm. Başqa ağlı başında olan hər kəs eyni cür davranır, məncə... Yoxsa sənin sevmədiyin şəxsi və ya saytı hamılıqla inkar etməyə səsləyiş faşizm, bolşevizim, xomeynizm, maoizm və başqa yüz cür “izm”dir, ancaq heç bir halda DEMOKRATİZM deyildir”.


Teqlər:  





Xəbər lenti