Ermənilər azərbaycanılıların tədbirinə mane olmaq istəyiblər

Ermənilər azərbaycanılıların tədbirinə mane olmaq istəyiblər
  27 İyul 2013    Oxunub:1120
Erməni lobbisi tədbirin keçirilməsinə mane ola bilməyib.
ABŞ-ın Los-Ancelesdə şəhərində fəaliyyət göstərən nüfuzlu Beynəlxalq Ziyarətçilər Şurası (International Visitors Council) tərəfindən iyulun 25-də Azərbaycana həsr olunmuş geniş tədbir keçirilib. Tədbir Levantayn Mədəniyyət Mərkəzində baş tutub.

Vətəndaş diplomatiyası sahəsində ixtisaslaşan Los Anceles Beynəlxalq Ziyarətçilər Şurası ABŞ Dövlət Departmentinin xəttilə dünyanın müxtəlif ölkələrindən Los-Ancelesə qısamüdətli ixtisasartırma kurslarına gələn peşəkarlara evsahibliyi edir.

AzVision.az AzərTac-a istinadə xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev ölkəmizin tarixi, müstəqil dövlət kimi inkişafı, neft strategiyası, ABŞ, Avropa, İsrail və qonşu dövlətlər ilə münasibətləri və Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə iştirakçılara ətraflı məlumat vermişdir. Ermənistanın işğalçılıq siyasəti barədə danışan diplomat bildirmişdir ki, bu qanunsuz hərbi işğal həm beynəlxalq hüququn, həm də fundamental insan haqlarının kobud şəkildə pozulmasıdır. O qeyd etmişdir ki, Ermənistan rəhbərliyinin siyasəti nəinki bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına mane olur, həmçinin erməni xalqının gələcəyini böyük sual altında qoyur, ölkəni bundan da böyük fəlakətlərə sürükləyir. Ermənistan əhalisinin 1 milyon azaldığını və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğusuna görə vətəndaşların az qala yarısı vətənlərini birdəfəlik tərk etmək arzusundasırlar.

Qeyd edək ki, tədbirdə iştirak edən radikal erməni təşkilatlarının bir sıra nümayəndələri səs-küy salaraq tədbiri pozmağa çalışsalar da, iştirakçıların kəskin etirazı ilə üzləşərək rüsvayçı şəkildə tədbiri tərk etməyə məcbur olublar. Gecə azərbaycanlı xanəndə Şəhla Saruxan tərəfindən Azərbaycan mahnılarının ifası ilə yekunlaşıb. İfa iştirakçıların sürəkli alqışları ilə qarşılanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti