Bütün dünya `Bastardların döyüşünü` gözləyir - VİDEO

  09 İyun 2016    Oxunub : 3320
Bütün dünya `Bastardların döyüşünü` gözləyir - VİDEO
Taxt oyunları (Game of Thrones) serialının 6-cı mövsümünün final epizodu ən uzun bölüm olacaq.
AzVision.az “JustJared”-ə istinadən xəbər verir ki, iyunun 26-da efir gedəcək seriya 69 dəqiqə davam edəcək. Sonuncu seriya “Qızın küləkləri” adlanacaq.

“Bastarların döyüşü” adlanan doqquzuncu seriya isə iyunun 19-u efirə gedəcək. Ehtimal olunur ki, bu seriyada Con Snou və Ramsi Boltin Vinterfell və bütün Şimal uğrunda döyüşəcək.



Taxtların Oyunu - Amerika istehsalı olan fentezi və dram janrlı teleserialdır. Serial ABŞ-da 2011-ci ildə HBO kanalında nümayişə başladı. Başladığı vaxtdan etibarən qısa vaxtda böyük maraq yaradan serial tez bir zamanda dünyanın müxtəlif ölkələrində nümayiş olunmağa başladı. Bu serial Corc Martinin fantastik əsəri olan "Buz və Alovun Nəğməsi"nin motivləri əsasında hazırlanıb.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: