Almaniyanın yeni səfiri Azərbaycandan danışdı

Almaniyanın yeni səfiri Azərbaycandan danışdı
  26 İyul 2013    Oxunub:1089
Məqsədim Azərbaycan və Almaniyanı bir-birinə daha da yaxınlaşdırmaqdır
AzVision.az xəbər verir ki, Almaniyanın Azərbaycana yeni təyin olunmuş. səfiri Haydrun Tempel Azərbaycan haqqında bunları deyib

“Azərbaycan gözəl ölkədir, xüsusi qonaqpərvərliyi və tolerantlığı ilə seçilir. Yeni vəzifəmdən çox məmnunam. Məqsədim Azərbaycan və Almaniyanı bir-birinə daha da yaxınlaşdırmaq, iqtisadi və mənəvi əlaqələrimizi möhkəmləndirməkdir”


Qeyd edək ki, xanım səfir Almaniyanın Koln və Mon şəhərində iqtisadiyyat, hüquq və siyasi elmlər üzrə təhsil alıb. Fəaliyyətinə hüquq məsləhətçisi kimi başlayıb.

2010-cu ilin avqust ayında Almaniya Federativ Respublikasının Cakartadakı səfirliyinin diplomatik missiyasının rəhbər müavini və nazir müşaviri vəzifələrində çalışıb. Hüquq təhsilini bitirdikdən sonra Malinin Bamako şəhərində “Hüquq “ firmasında işləyib.

1994-cü ildə “Nordhayn Vestfolen” əyalətində protestant kilsəsi birliyinin Avropa təmsilçisi olmuş, Brusseldəki Avropa Birliyi qurumları nəzdində Almaniyadakı protestant kilsələri ofislərinin direktoru olub.

Almaniya Xarici işlər Nazirliyinin mədəniyyətlərarası dialoq komissiyasının müvəkilli olub. 2000-2007-ci illərdə kilsələrin, dini icmaların, Almaniya baş nazirliyi ilə əlaqələndirici məsul olub. Onun hüquq sahəsində böyük xidmətləri var.

Səbinə Məmmədova
Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti