Rüstəm İbrahimbəyov: `Putinlə görüşməyəcəm`

Rüstəm İbrahimbəyov: `Putinlə görüşməyəcəm`
  26 İyul 2013    Oxunub:896
Rüstəm İbrahimbəyov Putinlə görüşməyəcək.
Demokratik Qüvvələrin Milli Şurasının sədri, prezidentliyə namizəd Rüstəm İbrahimbəyov bu gün “Media forum” saytına açıqlama verib. O deyib ki, Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi barədə xəbərlərin əsası yoxdur: “Hazırda Moskvadayam. “Yeni Müsavat” qəzetində Rusiya prezidenti ilə görüşəcəyim yazılıb. Bu, doğru xəbər deyil.

Azərbaycan mətbuatının bu tip xəbərlərindən yorulmuşam. Əvvəl yazdılar ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcəm. İllərdir Elmar Məmmədyarovla ünsiyyətdə olmamışam. İndi də Putinlə görüşəcəyimi yazırlar. Əsassız xəbərlərdir”.


Teqlər:  





Xəbər lenti