Müşfiq Əmirov təltif edildi

Müşfiq Əmirov təltif edildi
  26 İyul 2013    Oxunub:2793
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun əmrinə əsasən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Aparatının məsləhətçisi, Mətbuat Xidmətinin rəhbəri Müşfiq Əmirov “Fəxri fərman”la təltif edilib.

AzVision.az-ın məlumatına görə, M.Əmirov 22 iyul – Milli Mətbuatın yaranmasının 138 illiyi münasibəti ilə səmərəli fəaliyyətinə görə təltif olunub. “Fəxri fərman” sahibinə bu gün nazirlikdə keçirilən kollegiya iclasında təqdim edilib.

Qeyd edək ki, M.Əmirov, eyni zamanda, nazirliyin rəsmi orqanı olan “Rabitə dünyası” qəzetinin və “ICTnews.az” elektron xəbər xidmətinin baş redaktorudur.

AzVision.az


Teqlər:  





Xəbər lenti