Ukrayna `Eurovision-2016`nın qalibi oldu - VİDEO

Ukrayna `Eurovision-2016`nın qalibi oldu - VİDEO
  15 May 2016    Oxunub:4065
İsveçin paytaxtı Stokholmun “Qlobe” arenasında keçirilən “Eurovision 2016” mahnı müsabiqəsinin finalı başa çatıb.
AzVision.az xəbər verir ki, finalda Azərbaycan təmsilçisi Səmra Rəhimli dördüncü nömrə altında çıxış edib. Çıxışlardan sonra təmsilçilərə səs göndərmək üçün 15 dəqiqə vaxt ayrılıb.

“Eurovision” mahnı müsabiqəsinin qaydalarına əsasən, yarışmanın finalından bir gün əvvəl münsiflər səs veriblər. Daha sonra tamaşaçılara səs vermə imkanı verilib. Əvvəlcə hər bir ölkədən münsiflər heyətinin təqdim etdiyi on iki xalın sahibi açıqlanıb. Tamaşaçıların da səsvermə nəticələri əlavə olunduqdan sonra qalib müəyyənləşib.

Səsvermənin yekununda Ukrayna təmsilçisi 534 səs toplayaraq müsabiqənin birincisi olub. 511 səslə Avstraliya ikinci, Rusiya isə 490 səslə üçüncü yerləri tutublar.

Azərbaycan təmsilçisi 117 səslə on yeddinci yerdə qərarlaşıb.



AzVision.az


Teqlər:  





Xəbər lenti