`Eurovision`un finalı - Səmradan möhtəşəm ifa (VİDEO)

`Eurovision`un finalı - Səmradan möhtəşəm ifa (VİDEO)
  15 May 2016    Oxunub:6150
“Eurovision-2016” mahnı müsabiqəsində Azərbaycan təmsilçisi Səmra Rəhimli dördüncü nömrə altında çıxış edib.
Təmsilçimizin çıxışı böyük coşqu ilə qarşılanıb. Səmra Rəhimlinin təqdim etdiyi mahnıda sevgi münasibətində baş verən dəyişiklik səhnə performansında təcəssüm olunur. Musiqinin sözləri nağıla xatırlatsa da, sonda dramatik ayrılıq müşahidə edilir.



***

Stokholmun “Globe” arenasında “Eurovision-2016” mahnı müsabiqəsinin final şousu başlayıb.

AzVision.az-ın məlumatına görə, püşkatmaya əsasən Azərbaycanı “Eurovision-2016” mahnı müsabiqəsində "Miracle" mahnısı ilə təmsil edən Səmra Rəhimli səhnəyə 4-cü çıxacaq.

Yarışmada ilk olaraq Belçika, sonda isə Ermənistan təmsilçisi çıxış edəcək.

“Eurovision-2016” iştirakçılar bu ardıcıllıqla çıxış edəcəklər:

1. Belçika
2. Çexiya
3. Niderland
4. Azərbaycan
5. Macarıstan
6. İtaliya
7. İsrail
8. Bolqarıstan
9. İsveç
10. Almaniya
11. Fransa
12. Polşa
13. Avstraliya
14. Kipr
15. Serbiya
16. Litva
17. Xorvatiya
18. Rusiya
19. İspaniya
20. Latviya
21. Ukrayna
22. Malta
23. Gürcüstan
24. Avstriya
25. Böyük Britaniya
26. Ermənistan

Xatırladaq ki, qaydalara əsasən, finalda 26 ölkə iştirak edəcək. Finala birbaşa vəsiqə qazanan ölkələr - müsabiqənin bu ilki ev sahibi İsveç və “böyük beşlik” ölkələri Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.



AzVision.az


Teqlər:  





Xəbər lenti