Bukmeykerlər: Səmra birinci olmayacaq

Bukmeykerlər: Səmra birinci olmayacaq
  14 May 2016    Oxunub:4209
Bu gün Stokholmun “Globe” arenasında “Eurovision-2016” mahnı müsabiqəsinin final şousu keçiriləcək.
AzVision.az-ın məlumatına görə, püşkatmaya əsasən Azərbaycanı “Eurovision-2016” mahnı müsabiqəsində "Miracle" mahnısı ilə təmsil edən Səmra Rəhimli səhnəyə 4-cü çıxacaq.

Yarışmada ilk olaraq Belçika, sonda isə Ermənistan təmsilçisi çıxış edəcək.

Artıq müsabiqə ilə bağlı Bukmakerlərdə öz proqnozlarını açıqlayıblar. Belə ki, onların proqnozlarına əsasən müsabiqədə Rusiya təmsilçisi Sergey Lazaryev “You are the Only one” mahnısı ilə qalib gələcək.



Proqnozlara əsasən ikinci pillədə Avstraliya, üçüncü yerdə Ukrayna qərarlaşıb.

Bukmakerlərin fikrincə, “Eurovision 2016”da bu ölkələrin qalib gəlmək şansları olduqca yüksəkdir.



Azərbaycan təmsilçinin müsabiqədə 22-ci pillədə qərarlaşacağı proqnozlaşdırılır.

Xatırladaq ki, müsabiqənin final mərhələsi Bakı vaxtilə 23:00-da başlayacaq.

“Eurovision-2016” iştirakçılar bu ardıcıllıqla çıxış edəcəklər:

1. Belçika
2. Çexiya
3. Niderland
4. Azərbaycan
5. Macarıstan
6. İtaliya
7. İsrail
8. Bolqarıstan
9. İsveç
10. Almaniya
11. Fransa
12. Polşa
13. Avstraliya
14. Kipr
15. Serbiya
16. Litva
17. Xorvatiya
18. Rusiya
19. İspaniya
20. Latviya
21. Ukrayna
22. Malta
23. Gürcüstan
24. Avstriya
25. Böyük Britaniya
26. Ermənistan

Xatırladaq ki, qaydalara əsasən, finalda 26 ölkə iştirak edəcək. Finala birbaşa vəsiqə qazanan ölkələr - müsabiqənin bu ilki ev sahibi İsveç və “böyük beşlik” ölkələri Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.

61-ci “Eurovision” mahnı müsabiqəsində 42 ölkənin nümayəndələri iştirak edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti