Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda

Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda
  13 May 2016    Oxunub:2068
May ayının 17-nın 31-dək İsrailin Afula şəhərində Near Nazaret Film Festival keçiriləcək. Festivalın əsas məqsədi-xalqlar arasında qarşırıqlı anlaşma və dostluğun möhkəmlənməsinə xidmət etməkdir.

Festivalda 65 ölkənin nümayəndəsi iştirak edəcək. Azərbaycanlı rejissor Rüfət Əsədovun “Kənddə sonuncu yəhudi” sənədli filmi festivalın əsas-konkurs proqramına daxil edilib.

Filmin qısa məzmunu belədir: 19-cu əsrin əvvələrində, Şamaxı zəlzələsindən sonra yəhudilər Mücü kəndindən köçərək,indiki İsmayıllı rayonunun ərazisində-Mücü-Həftaran kəndini yaradırlar. Sonradan əhalinin bir hissəsi-Bakıya, digərləri Göycaya köcürlər. Sovet dövrü və Sovet dağılandan sonra ölkəni tərk edərək-İsrailə köcürlər. İndi orada yeganə bir yəhudi qalıb - Meir Manaşirov. Onun 83 yaşı var. Bacı-qardaşları, övladları İsraildə, Amerikada yaşayırlar. O isə getmir. Uşaqları,qahum-əqraba ondan küsür ki, niyə orada tək yaşayırsan? Köç-gəl bura. O isə deyir ki, mən bu torpağı, valideyinlərimi atıb getməyəcəm.

2015-ci ildə Rejissor Rüfət Əsədovun çəkdiyi filmin ssenari müəllifləri Vaqif Azəryar və Rüfət Əsədovdur.

Bundan əvvəl film aprel ayının 9-dan 15-ə kimi Xorvatiyanın paytaxtı-Zagreb şəhərində keçirilən 10-cu FESTİVAL OF TOLERANCE-da iştirak edib.


Teqlər:





Xəbər lenti