“Eurovision”da bütün finalçılar məlum oldu

“Eurovision”da bütün finalçılar məlum oldu
  13 May 2016    Oxunub:2473
Mayın 12-də İsveçin paytaxtı Stokholmdakı “Qlobe” Arenada “Eurovision-2016” mahnı müsabiqəsinin ikinci yarımfinal konserti keçirilib.
İkinci yarımfinal mərhələsində 18 ölkə finala keçmək uğrunda yarışıb. Yarımfinalda Latviya, Polşa, İsveçrə, İsrail, Belarus, Serbiya, İrlandiya, Makedoniya, Litva, Avstraliya, Sloveniya, Bolqarıstan, Danimarka, Ukrayna, Norveç, Gürcüstan, Albaniya və Belçikanın nümayəndələri çıxış ediblər.

Çıxışlardan sonra keçirilmiş 15 dəqiqəlik səsvermənin nəticələrinə əsasən, finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazanıb. Bunlar Latviya, Gürcüstan, Bolqarıstan, Avstraliya, Ukrayna, Serbiya, Polşa, İsrail, Litva və Belçikadır. Beləliklə, mayın 14-də keçiriləcək final mərhələsinin bütün iştirakçıları məlum olub.

Qeyd edək ki, ilk yarımfinal mərhələsində Azərbaycan təmsilçisi Səmra ilə yanaşı müsabiqənin final mərhələsinə Rusiya, Niderland Krallığı, Macarıstan, Xorvatiya, Avstriya, Ermənistan, Çexiya, Kipr, Malta təmsilçiləri də yüksəlib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti