Ermənilər kimyəvi silahdan istifadə edir - FOTO-VİDEO

Ermənilər kimyəvi silahdan istifadə edir - FOTO-VİDEO
  11 May 2016    Oxunub:3771
Tərtər rayonunun cəbhəyanı Əskipara kəndi ərazisində istifadəsi qadağan olunmuş kimyəvi tərkibli (ağ fosforlu) hərbi sursat aşkarlanıb.

AzVision.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mayın 10-da Tərtər, Füzuli, Ağcabədi və Goranboy rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında yaydığı hesabatda bildirilir.

Hesabata əsasən, 10 may tarixində 4 ev və həyətyanı sahədə, 6 otlaq sahəsi daxil olmaqla 12 partlayış yerinə baxış keçirilib, 2 ədəd (1 ədəd 122 mm-lik top mərmisi (ağ fosforlu) və 1 ədəd 152 mm-lik top mərmisi) partlamamış hərbi sursat aşkar edilib. Gün ərzində 42 884 kv. m ərazi təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən 7 aprel - 10 may 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakı şəhərində 457 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 12 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 419 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.









AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti