`Unudulmaz` filmi təqdim edildi

`Unudulmaz` filmi təqdim edildi
  10 May 2016    Oxunub:2688
Mayın 10-da “Lider” televiziyası ilə Nizami Kino Mərkəzi ümummilli lider Heydər Əliyevin doğum gününün 93-cü il dönümü münasibətilə “Lider” televiziyasının çəkdiyi "Unudulmaz" sənədli filminin təqdimat mərasimini keçiriblər.

“Unudulmaz” filmi mərhum prezidentin Amerika Birləşmiş Ştatlarının Klivlend şəhərində olduğu günlərə həsr edilib. Azərbaycan tamaşaçısının indiyədək izləmədiyi, eşitmədiyi maraqlı məqamlarla zəngin olan bu filmdə ulu öndərin həkimlərindən özəl müsahibələr və digər maraqlı məqamlar yer alıb.

Nümayişindən əvvəl ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra filmin müəllifi jurnalist Elnur Niftəliyev kinolentdə Azərbaycan tamaşaçısının Heydər Əliyevin həyatındakı Klivlend səhifəsi ilə tanış ola biləcəyindən danışıb.

Təqdimat mərasiminə Yeni Azərbaycan Partiyasının rəsmi nümayəndələri, “Lider” Televiziyasının rəhbərliyi, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin, Ombudsmen aparatının əməkdaşları, filmin yaradıcı heyyəti və digər qonaqlar iştirak edib.


Teqlər:





Xəbər lenti