“Eurovision-2016” həyəcanı başlayır - VİDEO

“Eurovision-2016” həyəcanı başlayır - VİDEO
  10 May 2016    Oxunub:3075
Bu gün İsveçin paytaxtı Stokholmda “Eurovision-2016” həyəcanı başlayır.
AzVision.az xəbər verir ki, Azərbaycanı müsabiqədə “Miracle” mahnısı ilə Səmra Rəhimli təmsil edəcək.

Bu il də müsabiqə iki yarımfinal və final mərhələlərindən ibarət olacaq. Müsabiqənin birinci yarımfinalı mayın 10-da, ikinci yarımfinalı mayın 12-də, finalı isə mayın 14-də keçiriləcək.

21 yaşlı ifaçımız bu gün ilk yarımfinalda 14-cü olaraq “Eurovision” səhnəsinə çıxacaq.



Müsabiqə Stokholmda "Globen Arena"da keçiriləcək. Bu il müsabiqədə 42 ölkənin nümayəndələri iştirak edəcək. Bolqarıstan, Bosniya və Herseqovina, Ukrayna və Xorvatiya yenidən müsabiqəyə qatılıblar. Ötən ilin debütant ölkəsi - Avstraliya iştirakını davam etdirir, Portuqaliya isə iştirakçısını göndərməkdən imtina edib.

Xatırladaq ki, 2015-ci ildə Vyanada keçirilən müsabiqədə İsveç təmsilçisi Mons Zelmerlev qalib gəlib. Beləliklə, "Eurovision" müsabiqəsini keçirmək hüququnu İsveç qazanıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti