`Google` əleyhinə imzatoplama kampaniyası başladı

`Google` əleyhinə imzatoplama kampaniyası başladı
  05 May 2016    Oxunub:5483
Şirkət Azərbaycan ərazilərinin adlarını təhrif edir.
“Beynəlxalq İnformasiya və Tədqiqatlar İnstitutu” İB dünyanın məşhur petisiya saytı olan change.org saytında “Google” axtarış sisteminin “Google Map” əlavəsində Azərbaycan ərazi vahidlərinin erməni adları ilə təqdim olunmasına etiraz etmək məqsədi ilə imza toplama kampaniyasına başlayıb.

Karabakh.Today xəbər verir ki, kampaniyanın azərbaycanlı təşəbbüskarları “Google” şirkətinin “Google Map” əlavəsində Azərbaycanın Ermənistanın silahlı təcavüzü nəticəsində işğal olunmuş ərazilərində yerləşən coğrafi adların erməni toponimləri ilə dəyişdirilməsi hallarının şahidi olduqlarını bildiriblər.(Ağdam şəhəri - Akna; Akn; Hakaku;Xocalı şəhəri – İvanyan,Aigestan;Qubadlı şəhəri - Sanasar; Laçın şəhəri - Berdzor; Cəbrayıl şəhəri – Jrakan və s) Aparılan araşdırmalar zamanı məlum olub ki, ermənilər tərəfindən məkrli şəkildə adları dəyişdirilən, hazırda Azərbaycanın işğal olunmamış bəzi əraziləri də “Google Map” xəritəsində axtarış zamanı məhz qondarma adla çıxır.( Partav-Bərdə, Zod aşırımı – Sotskiy Pereval, Qaradağlı - Varanda) Kampaniyanı keçirən “BİTİ” Google şirkətindən Ermənistan tərəfindən işğal olunan tarixi Azərbaycan ərazilərinin adlarının təhrifini aradan qaldırmasını xahiş edir.

“BİTİ” Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında hər kəsi bu kampaniyada aktiv olmağa dəvət edir.
Səs vermək istəyənlər https://www.change.org/p/the-white-house-google-do-not-exchange-the-names-of-azerbaijani-territories linkinə daxil olub səsvermədə iştirak edə bilərlər.




Teqlər:





Xəbər lenti