Çempionlar Liqasının finalında Madrid derbisi- VİDEO

Çempionlar Liqasının finalında Madrid derbisi- VİDEO
  05 May 2016    Oxunub:1478
Ötən gecə keçirilən daha bir oyunla Çempionlar Liqasında digər finalçının adı bəlli olub.
AzVision.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab qarşılaşmasında “Real” (Madrid) doğma meydanda “Mançester Siti”ni qəbul edib.

İlk oyunda qolsuz heç-heçə qeydə alındığından qalib cavab oyununda bəlli olacaqdı. Madriddə keçirilən cavab oyununda bir qol qalibi bəlli edib. “Mançester Siti”nin üzvü Fernandonun 20-ci dəqiqədəki avtoqolu "Real"ı finala yüksəldib.

Qeyd edək ki, "Real" finalda Madridin digər komandası “Atletiko” ilə qarşılaşacaq. Mayın 28-də Milanda keçiriləcək final görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.



Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti