`Bakı-2015`-in açılış mərasimi mükafata layiq görüldü

`Bakı-2015`-in açılış mərasimi mükafata layiq görüldü
  03 May 2016    Oxunub:1734
Bakı-2015 Avropa Oyunlarının açılış mərasimi beynəlxalq "Emmi" mükafatına layiq görülüb.
Bu barədə AzVision.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib.

Qeyd olunub ki, bu il martın 24-cü baş ofisi Nyu-Yorkda yerləşən Milli Televiziya Sənədi və Elm Akademiyası 43-cü "Emmi" mükafatı üçün Azərbaycanın Avropa Oyunlarının açılış mərasimi ilə bağlı 6 nominasiya üzrə namizədliyini irəli sürüb.

Qaliblərin elan olunması mərasimi aprelin 29-da Los-Ancelesdə baş tutub və Bakı 2015 Avropa Oyunlarının açılış mərasimi iki nominasiya üzrə qalib gəlib. Bunlar işıq rejissorluğu və canlı musiqi üzrə "Sound mix" nominasiyasıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti