Azərbaycanlı və erməni boksçuları döyüşəcək

Azərbaycanlı və erməni boksçuları döyüşəcək
  01 May 2016    Oxunub:2601
Latviyanın paytaxtı Riqada mayın 7-də əsasını gənc azərbaycanlı məşqçisi Vəli Məmmədovun qoyduğu FLASH PROMOTION təşkilatının All for the Victory debüt turniri baş tutacaq.
AzVision.az Report-a istinadən xəbər verir ki, FLASH PROMOTION müxtəlif ölkələrdən olan istedadlı idmançıların turnirlər seriyasını planlaşdırır.

Tamaşaçıları FLASH TEAM komandasının nümayəndəsi Petros Ananyanın Latviyanı təmsil edən Zaur Sadıxovla, həmçinin Olimpiya oyunlarının Azərbaycandan olan iştirakçısı Soltan Miqitinovla gənclər arasında dünya çempionu Lendruş Akopyanla döyüşü gözlənilir.

Bu boks gecəsinin əsas intriqası ingilis boksçusu Denni Vilyamsın rinqə çıxmağı olacaq. O, 2004-cü ildə iyulun 1-də Mayk Taysonu nokauta yollamışdı.

AzVision.az


Teqlər:  





Xəbər lenti