Ötən gün nələr oldu? - XRONİKA

Ötən gün nələr oldu? - XRONİKA
  26 Aprel 2016    Oxunub:1623
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Aprelin 25-də nələr baş verdi?

AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

`Banklar dollarla kredit verməyə məcbur idi` - VİDEO

“Son bir il ərzində Azərbaycanda bank aktivləri 1,7 milyard manata qədər azalıb”. Bu sözləri maliyyə bazarlarına nəzarət palatasının rəhbəri Rüfət Aslanlı deyib.

***

ABŞ-da `erməni soyqırımı`na qarşı etiraz - FOTOLAR

Aprelin 24-də Vaşinqtonda türk icmasının təşəbbüsü ilə təşkil olunmuş ermənilərin qondarma “erməni soyqırımı” iddialarına qarşı yürüş keçirilib.

***

Kreml politoloqu: Ermənistan 5 rayonu qaytarmağa hazırdır

Kreml politoloqu, İctimai Palatanın üzvü, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Serqey Markov Moskva-Bakı portalına müsahibəsində Rusiya xarici işlər naziri Sergey Lavrovun Yerevana bu yaxınlardakı səfərinin sensasion detalları haqda danışıb.

***

Məleykə Abbaszadə ixtisar anonsu verdi

"Bir təşkilat kimi fəaliyyət sferamız artırılıb. İndi fəaliyyətimizlə əlaqədar nanotexnoloji sənədlərin, qanunların və s. dövlət qeydiyyatından keçməsi mərhələsindəyik ki, fəaliyyətə başlayaq". Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.



Leyla Əliyeva gənc liderlərlə bir arada - FOTOLAR

Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Bakıda Gənclər forumu keçirilib.

***

ABŞ hərbi büdcəsini 4 dəfə artır

ABŞ Avropa İttifaqını Rusiyadan qorumaq üçün hərbi büdcəsini 4 dəfə artırmağı planlaşdırır.

***

`Ciddi mübarizə aparmalıyıq...` - Leyla Əliyeva

BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) VII Qlobal Forumu çərçivəsində keçirilən Gənclər forumunda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva çıxış edib.

***

`Mənfəət neftinin həcmi ilbəil artır` - Xoşbəxt Yusifzadə

“Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından gündəlik olaraq 30 mln. kubmetr təbii qaz, 7 mln. ton kondensat hasil edilir”. Bunu Azərbaycan Dövlət Neft Şirkətinin I vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

***

`Gənclərin ölüm xəbərini eşitmək çox ağrılıdır` - Nazir

“Azərbaycanda gənclər siyasəti sahəsində ciddi addımlar atılır”. Bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Bakıda keçirilən gənclər forumunda çıxışı zamanı deyib

***

Ermənilər kəndlərimizi atəşə tutdu - 2 evə ciddi ziyan dəyib

Erməni silahlı qüvvələri tərəfindən cəbhəyani kəndlərimiz intensiv olaraq atəşə tutulub.

***

`Bəziləri bunu deməyə cəsarət etmir` - Natiq Əliyev

“Neftin qiymətinin ucuzlaşmasının əsas səbəbi bəzilərinin deməyə cəsarət etmədiyi siyasi səbəblərlə bağlıdır”. Bunu Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.

***

`Qarabağda müharibə olsa, Rusiya Ermənistanı müdafiə edəcək` - Jirinovski (VİDEO)

“Dağlıq Qarabağda baş verə biləcək müharibədə Rusiya Ermənistanı, Türkiyə isə Azərbaycanı müdafiə edəcək”. Bunu Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski bildirib.

***

`2015-ci ildə 45 min insan İŞİD-ə qoşulub` - Bakıda müzakirə

Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində “Gənclər və sosial İnkluzivlik üzrə qlobal gündəlik: Məşğuliyyət üçün ümumi baxış və imkanlar” mövzusunda müzakirələr aparılıb.



Erməniləri məhv edən hərbçilərimiz əhali ilə görüşdü - FOTOLAR

Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə yüksək fəxri ada layiq görülən, orden və medallarla təltif olunan hərbçilər xalqla görüşüb.

***

`Azərbaycanın ədalətli mövqeyini dəstəkləyirik` - Fransalı deputat

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Fransa Respublikası Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Manselin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

***

Məmmədyarovla Nalbandyanın görüşü planlaşdırılmır - Uorlik

Azərbaycan və Ermənistan XİN rəhbərləri səviyyəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə görüşlər hələki planlaşdırılmır.

***

`İrəvana Qarabağla bağlı yeni mesaj gətirmişəm` - Fransız nazir

Fransa ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi Dağlıq Qarabağ münaqişəsinin tərəflərini gücdən istifadə etməməyə və münaqişənin həlli üzrə danışıqlara qayıtmağa çağırır.

***

Peskov Qarabağ haqda: `Vəziyyət çox kövrəkdir`

“Kremldə Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyət çox kövrək kimi qiymətləndirilir”. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

***

Ermənistan danışıqlardan imtina etdi

Dağlıq Qarabağ münaqişəsi zonasında müharibə “istənilən an” başlaya bilər və münaqişənin nizamlanmasına dair danışıqların perspektivi çox azdır. Bunu Ermənistan prezidenti Serj Sərkisyan deyib.

***

Generaldan ermənilərə xəbərdarlıq: `Metsamor`u darmadağın edərik

“Azərbaycan ordusu dördgünlük müharibə zamanı ermənilərə və onların havadarlarına göstərdi ki, ordumuz yüksək səviyyədə təşkil olunub, istənilən an torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Ermənilər sonuncu döyüşlərdə ağır məğlubiyyətə düçar oldular. Odur ki, erməni tərəfi nəticə çıxararaq, işğal etdikləri Azərbaycan torpaqlarını tərk etməlidir”. Bu fikirləri sabiq müdafiə naziri, general-mayor Dadaş Rzayev qoşunların təmas xəttində baş verən dördgünlük müharibənin nəticələrini şərh edərkən bildirib.

***

WhatsApp-da yeni fırıldaq – Diqqətli olun!

WhatsApp-da yeni fırıldaq növü ortaya çıxıb.

***

Putin xanım jurnalistlə zarafatlaşdı – VİDEO

Rusiya prezidenti Vladimir Putinin Ümumrusiya Xalq Cəbhəsinin (ÜXC) forumu zamanı jurnalistlə zarafatlaşması diqqət çəkib.



Ərdoğan xanımı ilə Bakıya gəldi - FOTOLAR

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 25-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

***

İlham Əliyev Ərdoğanla görüşdü - FOTO

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ölkəmizə işgüzar səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.



Leyla Əliyevanın qatıldığı forumdan FOTOLAR

Bu gün Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Gənclər forumu keçirilib.

***

`Bu faicələr bizi hiddətləndirir` - BMT-nin ali nümayəndəsi

“Bəzən biz faciələrin şahidi oluruq. Bu faicələr bizi hiddətləndirir. Ksenofobiyaya qarşı birgə mübarizə apara bilərik”. Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Naser Əbdül Əziz ən-Naser 7-ci Qlobal Forumu ilə bağlı keçirilən mətbuat konfransında bildirib.



Prezidentlərlə xanımları ziyafətdə - FOTOLAR

Azərbaycanda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezident İlham Əliyevlə görüşüb. Prezidentlərin görüşündən sonra birinci xanımlar arasında görüş keçirilib.

***

İrəvanda partlayış - 2 ölü, 8 yaralı (FOTOLAR+VİDEO)

Ermənistanın paytaxtı İrəvanda sərnişin avtobusunda partlayış baş verib.

***

Emin Əminənin şəklini paylaşdı - FOTO

Müğənni-bəstəkar Emin Ağalarov keçmiş həyat yoldaşı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın övladlığa götürdüyü qızı Əminənin fotosunu paylaşıb.

Hazırladı: Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti