“Formula-1”də niyə qadın pilotlar yoxdur?
AzVision.az report-a istinadən xəbər verir ki, B.Ekklstoun Qran Prilərdə qadınların iştirakının marketinq baxımından cəlbedici olacağını etiraf etsə də, zərif cinsin nümayəndələrinin bu işi görmək üçün fiziki güclərinin çatmayacağını vurğulayıb.
Qeyd edək ki, ötən il martın 30-da Formula 1-in rəhbəri qadın pilotlar arasında yarış seriyasının təşkil olunmasını təklif edib. Bu mövsüm yarış iştirakçıları arasında qadın pilot yer almayıb. Sonuncu belə iştirakçı 2014-cü ildə "Uilyams"ın böyük britaniyalı pilotu Süzi Volff Almaniya Qran Prisində sərbəst yürüşə çıxıb. O, 22 dövrədən sonra bolidinin texniki cəhətdən düz işləməməsi səbəbindən yürüşü dayandırıb.
AzVision.az
Teqlər: