Türkdilli Ölkələrin Teatr Festivalı açıldı

Türkdilli Ölkələrin Teatr Festivalı açıldı
  20 Aprel 2016    Oxunub:2412
Konya şəhərində “ Min nəfəs, bir səs ” adlı Türkdilli Ölkələrin Beynəlxalq Teatr Festivalında Gəncə Dövlət Dram teatrının yaradıçı kollektivi iştirak edir.

Bu gün açılış mərasimində Festivala qatılan Türkdilli ölkələrin teatr xadimləri Konya Dövlət teatrının qarşısından başlayaraq Konya valiliyinə qədər Festivalın açılışını bildirən yürüş keçiriblər.

Bu barədə AzVision.az-a Gəncə Dövlət Dram teatrının direktoru, əməkdar mədəniyyət işçisi Əli Qasımov məlumat verib. Onun sözlərinə görə Festivalın açılışını bildirən yürüşdə Türkiyə Dövlət teatrları Genel müdürü Necat Birecik də iştirak edib.

Qeyd edək ki, Türkdilli Ölkələrin Beynəlxalq Teatr Festivalında Bolqarıstan, Moldova, İrak, Kazaxstan və eləçə də Türkiyənin bir sıra teatrlarının yaradıçı kollektivi ilə ümumilikdə 12 teatr kollektivi iştirak edir.

Festivalın ilk günü Konya Dövlət Teatrının quruluşunda “ Neşe, Dert, Aşk ” adlı tamaşa göstəriləçək. Sabah isə Festivalı Gəncə Dövlət Dram teatrı davam etdirəçək.

Xatırladaq ki, Gəncə Dövlət Dram teatrı Festivalda Turqay Narın “Şəhrizadın oyunu” mistik-psixoloji dramını nümayiş etdirəçək.


Teqlər:





Xəbər lenti