Sovet rubluna nə düşürdü?
Keçmiş SSRİ rubllarını artıq müstəqil Azərbaycanın öz manatları əvəz edir. Lakin, AzVision.az keçmişə nəzər salaraq, SSRİ dövründə hansı pulların işləndiyini və həmin pula o dövrdə nələr almaq olurdu, onları oxuculara təqdim edir:
Sovet rublu - beş dollardır;
- normal nahar;
- 100 kilometrlik səfər (kilometrə 1 qəpik);
- 33 stəkan limonad;
- avtomat-telefondan 50 zəng;
- 100 kibrit qutusu;
- 5 “Plombir” dondurması;
- trolleybus və ya metroda 20 gediş;
- 4 ağ çörək;
- 5 litr süd;
- 20 dəfə gündüz seansına kino;
- 2 şüşə yaxşı pivə;
- 3 qutu siqaret;
- 5 dəfə kişi bərbərxanasına və ya hamamına giriş.
Üç rubla:
- zavod və ya məktəbdə 5-6 nəfərlik adamla nahar;
- restoranda bir nəfərlik nahar;
- yaxşı kitab;
- gəlincik və ya başqa oyuncaq;
- normal şərab;
- saunaya giriş;
- idxal olunan siqaret (məsələn, Marlboro);
- uşağın cibinə müəyyən məbləğ pul qoymaq (başqa uşaqlar dəhşətli dərəcədə paxıllıq edirdilər).
Beş rubla:
- bazarda 1 kiloqram, mağazada 2 kilo kəsilmiş ət;
- 1 şüşə araq;
- 1 aylıq ev kirayəsi;
- taksi ilə gediş;
- 1 kiloqram yaxşı konfet.
On rubla:
- bahalı kolbasa;
- bahalı bilyard və ya maşın oyuncağı;
- pinq-ponq üçün dəst, xizək üçün avadanlıq, ucuz gitara və ya balalayka;
- kolxozda təqaüdü (12 rubl).
İyirmi beş rubla:
- yerli hava yolları ilə təyyarə bileti;
- region üzrə qatara iki bilet;
- restoranda bütün nemətlərlə içki məclisi.
Əlli rubla:
- yeniyetmə velosipedi;
- kiçik miqdarda təqaüd;
- zərbəçi tələbənin təqaüdü;
- varlı olmasa da bir ay yaşayış mümkündür.
Yüz rubla:
- Cənubdan təyyarəyə bilet;
- ali məktəbi bitirən mühəndisin aylıq maaşı;
- yaxşı təqaüd;
- bütün xərclərlə ucuz sanatoriyaya gediş;
- ucuz motosiklet almaq olar.
AzVision.az