Kinematoqrafçılar İttifaqı ssenari müsabiqəsi keçirir

  19 Aprel 2016    Oxunub : 2386
Kinematoqrafçılar İttifaqı ssenari müsabiqəsi keçirir
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı gənc və istedadlı ssenaristləri aşkara çıxarmaq məqsədilə "Yeni nəfəs-II" adlı qısametrajli ssenari müsabiqəsi elan edir.

Yaşı 35-dək olan hər bir şəxs 20 səhifədən çox olmamaq şərti ilə istənilən janrda - bədii, sənədli və animasiya ssenarilərini tərcümeyi-hal ilə birgə, üç nüsxədə çap və elektron variantda 31 iyul 2016-cı il tarixinə kimi müsabiqəyə təqdim edə bilər. Qalib ssenarilər pul mükafatı və diplomla təltif olunacaq:

Qran Pri - 3000 manat (ssenarinin ekranlaşdırılması nəzərdə tutulub)
Birinci yer -2000 manat
İkinci yer -1500 manat
Üçüncü yer -1000 manat

Müsabiqənin nəticələri 2016-cı ilin sentyabr ayında açıqlanacaq.
Təşkilatı və informasiya dəstəyi: Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və "Kaspi" qəzeti, "Mədəniyyət" qəzeti," Səs" qəzeti, AzərTAC,TREND və Day.az informasiya agentlikləridır.

Ünvan: Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı,
Bakı şəh.Səməd Vurğun küç.43/ World Business Center 16-cı mərtəbə
Əlaqə üçün:
Tel:(+99412597-48-04)
Fax:(+99412597-48-03)
Mob:(+99451427-41-03)
[email protected]

Teqlər: