Braziliyada Azərbaycan kino həftəsi keçirilib

Braziliyada Azərbaycan kino həftəsi keçirilib
  14 Aprel 2016    Oxunub:2067
Braziliada yerləşən Braziliya Bankının Mədəniyyət Mərkəzində (CCBB) Heydər Əliyev Fondunun və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Azərbaycanın Braziliyadakı səfirliyinin təşkilatçılığı ilə portuqal dilinə tərcümə olunmuş Azərbaycan sənədli və bədii filmlərindən ibarət kino həftəsi keçirilib.
Azərbaycan Braziliyadakı səfirliyindən verilən məlumata görə, kino həftəsi çərçivəsində “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi, həmçinin, “Arşın mal alan”, “Nabat”, “Çölçü”, “Təhminə” və “Axınla aşağı” bədii filmləri nümayiş etdirilib. Braziliya Bankının Mədəniyyət Mərkəzi tərəfindən tədbirin əsas filmi kimi Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş Arzu Əliyevanın layihə rəhbəri olduğu “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi seçilib.

Tədbirdə yerli ictimaiyyətin və Braziliyada akkreditə olunan diplomatik korpusun nümayəndələri, eləcə də Azərbaycan səfirliyinin əməkdaşları iştirak edib.

AzVision.az


Teqlər:





Xəbər lenti