Çempionlar Liqasında 1/4 final həyəcanı
İngiltərədə "Mançester Siti" klubu Fransanın PSJ klubunu qəbul edəcək. İlk görüş 2:2 hesabı ilə bitdiyi üçün növbəti mərhələyə kimin keçəcəyinə bu gecə aydınlıq gələcək.
Madrid "Real"ı isə doğma meydanda Almaniyanın "Volfsburq" klubunu qəbul edəcək. Səfərdə rəqibinə 0:2 hesabı ilə uduzan "kral klubu" məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
Qeyd edək ki, Çempionlar Liqasında 1/4 finalın qalan iki oyunu sabah keçiriləcək.
Anar Kəlbiyev
AzVision.az