`Alpinizm Federasiyasında qruplaşmalar var idi...`

`Alpinizm Federasiyasında qruplaşmalar var idi...`
  11 Aprel 2016    Oxunub:2676
Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Baş ofisində Azərbaycan Alpinizm Federasiyasının hesabat seçki konfransı keçirilib.

Konfransda Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev çıxış edərək Azərbaycan dövlətinin idmanın inkişafına hər cür şəraiti yaratdığını bildirdi. Onun sözlərinə görə, ölkəmizdə keçirilən böyük idman yarışları, beynəlxalq idman tədbirləri buna əyani sübutdur:

- Ölkəmizdə 80-ə yaxın Olimpiya və qeyri-Olimpiya idman federasiyaları fəaliyyət göstərir. Və onlar arasında alpinizm federasiyası da var. Azərbaycan Dağ və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının rəhbərliyi altında son illərdə dağçılıq və ekstremal idman növlərinin gənclər arasında xüsusi populyarlıq qazanıb.

Daha onra Azərbaycan Dağ və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının icraçı direktoru Arzu Mustafayev çıxış edərək, bildirdi ki, Azərbaycan Alpinizm Federasiyası yarandığı dövrdən Azərbaycanda bu idman növünün formalaşmasına xidmət etmiş, marağı olan gəncləri bir araya toplamış və yaratdığı ənənə ilə keçmiş Sovet respublikaları arasında xüsusilə fərqlənmiş, bununla da Azərbaycanda bu idman növünün potensialının öyrənilməsi istiqamətində zamanında xeyli iş görmüşdür.

A. Mustafayev qeyd etdi ki, 2000-ci ildən sonra Federasiya şəxsi mənafeyini düşünən, idmana aidiyyəti olmayan siyasiləşmiş qüvvələrin oyuncağına çevrildi. İntriqa və idmandankənar hər cür ara məqsədlərə xidmət edən şəxslərin hədəfinə gələn Federasiya zəiflədi. Yerli idmançılar Federasiyadan uzaqlaşdırıldı və federasiyada hərcmərclik baş qaldırdı. “2000-ci ildən şəxsi intriqalar fonunda öz eniş dövrünü yaşayıb. Nəticədə qurumdakı qeyri-sağlam mühitinin təsiri ilə Federasiya respublikada geniş vüsət alan idman hərəkatından təcrid olundu. Azərbaycan Dağ və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının Alpinizm Federasiyası ilə əməkdaşlığı da nəticə vermədi”.

Qeyd edək ki, Federasiya rəhbərliyi hər 4 ildən bir seçilsə də, müəyyən dövrlərdə bu proses həyata keçirilmədi. Sonradan isə Federasiya rəhbərliyinə idman növünə uyğun olmayan biri rəhbər olaraq seçildi. Təbii ki, bu eniş İdman Və Turizm Nazirliyi tərəfindən birmənalı qarşılanmadı. Və Federasiyaya yeni heyətin yığılması qəraraşdırıldı. Bu günkü konfransda da Alpinizm Federasiyasına yeni Heyət təklif edildi və yekdilliklə seçildi. Alpinizm Federasaisyasına Nizami Mursaqulov rəhbər olaraq seçildi.

Nizami Mursaqulov qeyd etdi ki, federasiyanın inkişafı üçün əlindən gələni əsirgəməyəcək: “Biz istəməzdik ki, Federasiyada belə problemlər yaşansın. Ancaq bildiyiniz kimi Federasiya daxilində müəyyən qruplaşmalar var idi və bu da Federasiyanın inkişafına mane olurdu. Hesab edirəm ki, budan sonra Alpinizm Federasiyası daha yaxşı fəaliyyət göstərəcək və yei uğurlara imza atacaq”.

Nazir müavini İntiqam Babayev yeni heyəti təqdirəlayiq hesab etdi və qeyd etdi ki, idman sahəsində problemlər yaşanmamaıdır: “ Müəyyən dövrlərdə Alpinizm Federasiyasında müəyyən problemlər yaşandı. Amma hesab edirəm ki, idman elə bir sahədir ki, bu sahədə problem varsa, ikişaf olmayacaq. Biz Nazirlik olaraq yeni heyəti dəstəkləyir, təqirə layiq hesab edirik. Bundan sonra Alpinizm Federasiyası dövlət nzarətində olacaq və hər mənada dəstəklənəcək”.

Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov son dövrlərdə federasiyada mövcud olan çatışmazlıqlar və qarşıdakı vəzifələrdən danışdı. O bildirdi ki, yeni heyətlər Alpinizm Federasiyasının gələcəyinə ümid bəsləmək olar.

Daha sonra Federasiyanın yeni Prezdenti Nizami Mursaqulov çıxış edərək, yeni həftədən Federasiyann öz işinə başlayacağını bildirdi.

İradə CƏLİL


Teqlər:





Xəbər lenti