`Qalatasaray` da Azərbaycana dəstək verdi
“Qalatasaray ailəsi olaraq qardaşımız Azərbaycanı dəstəkləmək üçün başlanan kampaniyaya bir imza da biz atırıq”.
Qeyd edək ki, kampaniyanın azərbaycanlı təşəbbüskarları Ermənistandan Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu tərk etməsini tələb edirlər. Bildirilir ki, Minsk qrupunun üzvləri sözügedən problemlə bağlı hələ ki, hər hansı müsbət rol oynamayıblar.
Bu səbəbdən AŞPA məsələnin tənzimləməsində ədalətli davranmalı, regiondakı faciənin qarşısını almalıdır.
Eldar Tanrıverdiyev
AzVision.az