`109 şeir` təqdim olunacaq

`109 şeir`  təqdim olunacaq
  07 Aprel 2016    Oxunub:2423
Kitabın müəllifi gənc şair Sənan Səfərovdu. O, `Region` televiziyasının əməkdaşıdır.

Sənanın şeirləri həyatın bumbuz reallıqlarıdır. Amma bir az yaxın dursanız, görəcəksiniz ki, bu reallıqların altında bir ocaq çatıb Sənan. Yanır özüyçün, səssiz-səmirsiz. Yaxın durun, əllərinizi uzadın, istisi ürəyinizə də keçəcək.

...Səni fikirləşdim vərəgin hər küncündə,
Qələmimdə şeirə çevrilən qadın!
Bəlkə, bir az qafiyə olaq?
Sənsiz çox sərbəstəm...

Kitabın redaktoru telejurnalist, yazar Vəli Əkbərdi. Maraqlıdı ki, müəllif öz kitabının çap edildiyindən xəbərsiz olub. Kitabı ona Vəli Əkbər sürpriz edib.

Təqdimat aprelin 9-da, saat 17:00-da Kitabevim.az mağazasında keçiriləcək.


Teqlər:





Xəbər lenti