`Game of Thrones`-un yeni görüntüləri yayıldı - VİDEO

  27 Mart 2016    Oxunub : 2177
`Game of Thrones`-un yeni görüntüləri yayıldı - VİDEO
ABŞ-ın “HBO” telekanalı “Taxtların oyunu” (Game of Thrones) serialının altıncı mövsümümün yeni tizer treylerini treylerini yayımlayıb.
AzVision.az xəbər verir ki, treyler serialın rəsmi “Youtube” səhifəsində yerləşdirilib.


Qeyd edək ki, mart ayının 8-i “HBO” telekanalı “Taxtların oyunu” (Game of Thrones) serialının altıncı mövsümümün treylerini yayımlamışdı.



Taxtların Oyunu - Amerika istehsalı olan fentezi və dram janrlı teleserialdır. Serial ABŞ-da 2011-ci ildə HBO kanalında nümayişə başladı. Başladığı vaxtdan etibarən qısa vaxtda böyük maraq yaradan serial tez bir zamanda dünyanın müxtəlif ölkələrində nümayiş olunmağa başladı. Bu serial Corc Martinin fantastik əsəri olan "Buz və Alovun Nəğməsi"nin motivləri əsasında hazırlanıb.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: