Cennifer Lopez 12 milyona evini satır - Fotolar

Cennifer Lopez 12 milyona evini satır - Fotolar
  18 Mart 2016    Oxunub:3663
Müğənni Cennifer Lopez Los Ancelesdəki malikanəsini satışa çıxarıb.
AzVision.az xəbər verir ki, 46 yaşlı ifaçı 2010-ci ildə Mark Entoni ilə evli olduğu vaxtlarda yaşadığı villanı 12,5 milyon dollara satır.

Qeyd edək ki, cütlük bu evi 8,2 milyon dollara almışdı. Villanın ayrıca idman zalı, avtomobil dayanacağı, 9 yataq otağı, uşaqların dayəsi üçün hamam və mətbəxi ilə birgə ayrıca otaq,13 hovuz, spa salonu, kinoteatr və səsyazma studiyası var.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti