`Londonun süqutu` Bakıda - VİDEO

`Londonun süqutu` Bakıda - VİDEO
  17 Mart 2016    Oxunub:4416
Bu gün `Londonun süqutu` (London Has Fallen) filminin Bakıda premyerası olacaq. Bu film mart ayının iki ən böyük blokbasterindən biridir.

“Londonun süqutu” (London Has Fallen) – Antuan Fukuanın “Olimpin süqutu” ekşn-trillerinin davamıdır. Beş əsas aktyor – Cerard Batler, Aaron Ekxart, Morqan Friman, Ancela Bassett və Rada Mitçell yenidən filmdə rol alıblar, bu isə artıq yaxşı kassanın təminatıdır.

London. Böyük Britaniyanın baş naziri müəmmalı şəraitdə ölür. Dəfn mərasiminə Qərb dünyasının liderləri toplaşır, lakin mərasim zamanı dünya liderlərin qəsd təşkil olunur. Aydın olur ki, vida mərasimi naməlum terror təşkilatının dünya hegemonluğunu ələ keçirmək üçün təşkil etdiyi ölümcül tələdir. Dünya siyasi elitasının xilas olunmasında Amerika prezidenti, Britaniya xüsusi xidmət orqanının rəhbəri və hərbi kəşfiyyat agenti Mayk Benninq iştirak edirlər.




Teqlər:





Xəbər lenti