Aqşin Yenisey məşhurlara cavab verdi: `Mən nə ateist, nə də müsəlmanam` (VİDEO)

Aqşin Yenisey məşhurlara cavab verdi: `Mən nə ateist, nə də müsəlmanam` (VİDEO)
  16 Mart 2016    Oxunub:52191
AzVision.az “Məşhurların sualı” rubrikasını davam etdirir. Rubrikanın maraqlı və fərqli tərəfi budur ki, tanınmış şəxslərə sualları digər tanınmış şəxslər ünvanlayır.

Budəfəki qonaq tanınmış şair Aqşin Yeniseydir.

Görək, tanınmışlar ona hansı sualları ünvanlayıblar və o, necə cavab verib.

Yalçın İslamzadə, fizik, maarifçi:

1. Gənc şairlərin çoxunun mövzusu ayrılıq, həsrət duymaq, darıxmaq, qovuşmamaq kimi bir neçə fel ətrafında formalaşıb. Bunun səbəbi nədir? Kütləvi köç, gənc romantiklərin məkansızlığı, real həyatı yaşaya bilməməkdən yaranan ideal sevgili obrazının imitasiyası, təsəlli və bu duyğuların istismarı?

2. Orta yaşlı və yaşlı şairlərin yerlə-göylə, Əzraillə, kəfənlə, fələklə birtərəfli dialoqunun səbəbi nədir? Reaksiya ala bilməyəcəyin, qarşılıq verə bilməyən, toxunulmayan, bilinməsi mümkün olmayan metafizik kateqoriyalar niyə şairlərə və oxuculara maraqlı gəlir?

3. Nəsr anlayışımız niyə Hüqo və Dostoyevskini aşa bilmir? Feodal cəmiyyətdəki depressiv qəhrəmanlara və Hüqonun bəşəri çağırışlarına eyni anda simpatiya duymaq mümkündürmü? Bizdə nəsrin yaranmamasının səbəbi real həyat və dünyəvi bilgi ilə əlaqəsizlik ola bilərmi?



Firudin Allahverdi, gənc bəstəkar:

1. Qəddafinin dilindən yazdığın şeiri azərbaycandilli ədəbiyyatın ən gözəl nümunələrindən biri hesab edirəm və belə gözəl ədəbiyyat nümunəsinin diktatora həsr olunmasına indi də heyfsilənirəm. Bu yerdə yazıçı Seymur Baycanın “şairlər diktatorlara məhəbbət bəsləyir” fikri yada düşür. Bu belədirmi? Belədirsə, nədən qaynaqlanır?

2. Azərbaycanlıların dili hələ də elitada özünə yer tapa bilməyib. Ötən əsrlərdə elitamız ərəb-fars, müasir dövrdə isə rus dilində danışmağa üstünlük verir. Bu - sənəti dillə bağlı olan adam kimi səni narahat edirmi? Ümumiyyətlə, bunun səbəbi nədir? Və həll yolu varmı?



Baba Vəziroğlu, nəğməkar şair:

1.Salam, Aqşin necəsən? Həmişə kələfin bir ucunu boş burax, özünü qoru, sən Allah! Bəzən sənin önəm verdiyin təbəddülatlar şeirinin bir misrasına dəyməz...



Nailə Mirmmədli, bəstəkar:

- Mən auditoriyaya girib mühazirə oxuyanda, soruşurlar ki, sizin əsliniz haradandır? Ədəbi dildə danışdığım üçün heç kim bunu tapa bilmir. Aqşinə də məsləhət görürəm ki, əvvəlcə öz dilinə əl gəzdirsin, Azərbaycan dilində təmiz danışsın, sonra muğamı aşağılasın.
Mən onun bir neçə il öncə verdiyi müsahibəsinə baxmışam və muğamla bağlı dediklərinə görə hirsliyəm.




Turanə Rəsulova, şairin həyat yoldaşı, həkim:

1. Nitşeni şeir yazdığına görə qınayırdılar. Fəlsəfəyə xəyanət etdiyini düşünənlər də vardı. Sən Nitşenin şeir yazmağına necə baxırsan? Səncə fəlsəfə ilə şeiri nə birləşdirə bilər?

2. Türkiyə, Almaniya və ABŞ. Hansı sənin düşüncəndə və ya duyğu sferanda harada dayanır? Səncə millətçilik, yoxsa humanizm daha bəşəri duyğudur?

3. İgidaydan soruşanda ata kimindir, deyir, "-Azərbaycan". Ata kimindir?

4. Viktor Hüqo, H. Hesse, A. Kamyu, yoxsa Remark? Hansı Aqşin Yeniseyin yazarıdır? Nə üçün?

5. Kirpi.info saytı və "Kirpi oxu" jurnalı Azərbaycan üçün çox sıradışı bir yenilik oldu. Azərbaycanlılar ən çox nəyə gülür? Bizi güldürmək çətin deyil ki?



Nəsimi Nəbizadə, jurnalist:

1.Coğrafiya, yoxsa ədəbiyyat?



Murad Köhnəqala, yazar-şair:

1.İçməyə nə zaman başlayacaqsan?



Şərif Ağayar, yazıçı:

1. Mənimlə güləşə bilərsinizmi?

2. Son müsahibədə mənə niyə sataşmışdınız?

3. “Kənd” şeirini oxuyun barışaq.



Səmayə, şairin tanınmış oxucusu:

1. Sizin ateist çıxışlarınız, dini görüşləriniz hamıya məlumdur. Heç bir dinə tabe olmursunuz. Yaradanın var olmasını isə inkar etmirsiniz. Bəs niyə ateist olduğunuzu deyirsiniz?

2. Hamıya məlumdur ki, gozəl sevgi şeirləriniz var. Xüsusən ayrılıq və tənhalıq mövzusu sizdə niyə belə möhtəşəm alınır? Siz hansını daha yaxşı bacarırsınız, ayrılığı, tənhalığı, yoxsa sevgini?



Mirşahin Ağayev, telejurnalist:

1.Aqşin Yeniseyə mənim sualım yoxdur. Çünki o mənim və bəşəriyyətin suallarına öz şeirləri ilə cavab verib.



Hazırladı: Şahanə Rəhimli
Video: Elvin Abdulla



Teqlər:  





Xəbər lenti