Tanınmış musiqiçi intihar edib

Tanınmış musiqiçi intihar edib
  12 Mart 2016    Oxunub:2316
Tanınmış musiqiçi, proqressiv-rokun əfsanəsi, ELP (Emerson, Lake and Palmer) qrupunun pianoçusu Kit Emerson vəfat edib.
Euronews telekanalı xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatındakı Santa-Monika şəhərinin polisi musiqiçinin martın 10-da başından aldığı güllə yarası nəticəsində öldüyünü bildirib.

Kit Emersonun intihar etdiyi iddia edilir. Hazırda təhqiqat intiharı əsas versiya kimi araşdırır.

Xatırladaq ki, Böyük Britaniyada anadan olan Emersonun 71 yaşı var idi. O, 70-ci illərdə müxtəlif janrlarda bir çox müasir musiqiçiyə təsir göstərən ELP qrupu ilə məşhurlaşmışdı.

AzVision.az


Teqlər:





Xəbər lenti