Çempionat başlayır: `Formula`nı hansı kanal göstərəcək?

Çempionat başlayır: `Formula`nı hansı kanal göstərəcək?
  10 Mart 2016    Oxunub:2116
Gələn cümə günü Formula1 üzrə növbəti – 67-ci dünya çempionatına start verilir.

21 yarışın yer aldığı təqvimdə Bakıda baş tutacaq Avropa Qran Prisi də var. Milli yarışımız iyunun 17-dən 19-dək paytaxtın küçələrində keçiriləcək. Ona görə də ölkəmizdə bu il çempionat daha səbirsizliklə gözlənilir.

Azarkeşləri maraqlandıran mühüm məsələlərdən biri isə çempionatın ölkəmizdə hansı kanalla yayımlanması məsələsi idi. Bir qədər əvvəl bu mühüm məsələyə də aydınlıq gəlib.

AzVision.az `f-1.az`a istinadən xəbər verir ki, azarkeşlər bu yarışları yenə də İdman Azərbaycan kanalında, ənənəvi və tanıdıqları şərhçilər Siyavuş Əliyevlə Rəhim Əliyevin təqdimatında izləyə biləcəklər.



Teqlər:  





Xəbər lenti