Azərbaycanı “Eurovision”da bu qız təmsil edəcək - VİDEO

Azərbaycanı “Eurovision”da bu qız təmsil edəcək - VİDEO
  10 Mart 2016    Oxunub:30794
Martın 10-da Azərbaycanı bu ilki "Eurovision" mahnı müsabiqəsində təmsil edəcək ifaçının müəyyənləşdirilməsi üzrə münsiflər heyətinin iclası keçirilib.

İTV-dən AzVision.az-a verilən məlumata görə, toplantıda ölkəmizi "Eurovision 2016" mahnı müsabiqəsində bu il təmsil edəcək iştirakçının adı müəyyənləşdirilib.

Münsiflər Heyəti yarışda ölkəmizi Səmra Rəhimlinin təmsil etməsinə qərar verib. O, müsabiqədə “Miracle” mahnısını ifa edəcək.



Hələ 2012-ci ildə Eurovision Mahnı Müsabiqəsinin Milli Seçim Turunda iştirak etmiş, lakin o dövrdə Milli Müsabiqənin həmin ilki ən gənc iştirakçıcı kimi ictimaiyyətin diqqət mərkəzinə çevrilmiş 16 yaşlı Səmra ölkəni Eurovision-da təmsil etmək hüququnu əldə edə bilməmişdi. Bundan sonra o müxtəlif ölkələrdə keçirilən “Səs” müsabiqələrində iştirak etmiş və daha da püxtələşmişdir. Belə ki, 2015-ci ildə Səmra “O Səs Türkiyə” verilişində dörddə bir finala qədər irəliləmiş, 2016-cı ilin Mart ayında isə “Səs Azərbaycan” müsabiqəsinin ilk mövsümünün finalçısına çevrilib.



İfaçı və mahnı İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən keçirilmiş daxili və gizli səsvermə, o cümlədən 100 televiziya və musiqi eksperti və Avropanın 35 ölkəsindən olan Eurovision azarkeşlərinin rəyi əsasında seçilib.

Səmranın Eurovisionda ifa edəcəyi "Miracle" mahnısının rəsmi olaraq təqdimatı bu həftə sonu olacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti