Şarapova 130 milyon avro itirə bilər

Şarapova 130 milyon avro itirə bilər
  09 Mart 2016    Oxunub:2525
“Əgər Mariya Şarapova 4 illik diskvalifikasiyaya məruz qalarsa, karyerası bitəcək və ən azı 130 milyon avro itirəcək”.
AzVision.az xəbər verir ki, bunu idman marketinqi üzrə ekspert Naycel Karri deyib. Onun sözlərinə görə, Mariya kortdan kənarda çox pul qazanırdı: “ O, 11 il idi ki, dünyada ən çox qazanan qadın idmançısı idi. Odur ki, reklam şirkətlərinin onunla gələcək əməkdaşlığı yekun qərardan asılı olacaq”.

Xatırladaq ki, dünyanın ən məşhur tennisçilərindən biri, rusiyalı Mariya Şarapova “Böyük Dəbilqə” turniri çərçivəsində Avstraliyada keçirilən “Australian Open” turniri çərçivəsində dopinq testdən keçməyib.

AzVision.az


Teqlər:





Xəbər lenti