`İmperator`un müğənniyə sevgi etirafı: Qalmaqal düşdü

`İmperator`un müğənniyə sevgi etirafı: Qalmaqal düşdü
  05 Mart 2016    Oxunub:18451
Türkiyəli müğənni İbrahim Tatlısəsin adı yenidən ölkə mətbuatının gündəmini zəbt edib.
AzVision.az-ın məlumatına görə, İ.Tatlısəs həmkarı Pətək Dinçözün şəkilini instagram səhifəsində paylaşaraq “bir ana övladına nə qədər bağlıdırsa, mən də sənə bir o qədər aşiqəm” deyə yazıb.

İmperatorun bu sözləri isə P. Dinçözün həyat yoldaşı iş adamı Sərkan Kodaloğlunun hiddətinə səbəb olub. Bundan sonra İ. Tatlısəs başqa bir rəy yazmaqla səhvini düzəltməyə çalışıb: “Bu şəkilin Pətək Dinçözə aid olduğunu bilmirdim. Heç kəs məni səhv başa düşməsin”.

Xanım müğənninin həyat yoldaşı isə İ. Tatlısəsin bu addımını belə qarşılayıb: “Belə də səhv olar? Bu məni çox narahat etdi. Bu hərəkəti edən başqası olsaydı, ona yaxşı cavab verərdim”.

Qeyd edək ki, İ. Tatlısəs 2011-ci ildə silahlı hücuma məruz qalıb. Müğənni baş nahiyəsindən aldığı güllə zərbələrinə görə bir neçə il xəstəxanada müalicə alıb. Hazırda da müğənninin müalicəsi davam edir.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti