Niyə `Qalatasaray`ı cəzalandırırsınız? - Prezident
Ərdoğan `Qalatasaray`ın cəzalandırılmasına etiraz edərək bildirilib ki, UEFA, FİFA və digər beynəlxalq idman qurumları klubları, komandaları deyil, ayrı-ayrı şəxslər cəzalandırmalıdır: `Buna görə də `Qalatasaray` məsələsində kluba cəza verilməsinə qarşıyam. Niyə `Qalatasaray`ı cəzalandırırsınız?. Haradan baxsanız, `Qalatasaray`ın 20-25 milyon tərəfdarı var. Sən klubu cəzalandırdığın zaman, 20-25 milyon tərəfdarı da cəzalandırırsan”.
Qeyd edək ki, martın 1-də Türkiyənin `Qalatasaray` futbol klubu Avropa Kuboklarından bir il müddətinə kənarlaşdırılıb.
Bəyan edilib ki, klub Maliyyə `Fair Play`in tələblərini pozub. Qərara əsasən, cəza bu hüququn qazanılacağı mövsümdə şamil olunacaq.
Eldar Tanrıverdiyev
AzVision.az