“Qəbələ” “Zirə”ni məğlub etdi

“Qəbələ” “Zirə”ni məğlub etdi
  03 Mart 2016    Oxunub:1614
Futbol üzrə Azərbaycan kuboku yarışlarının dörddəbir final mərhələsi çərçivəsində daha bir görüş keçirilib.
“Zirə” komandası “Qəbələ”ni qəbul edib.

Görüşün 71-ci dəqiqəsində “Zirə”nin futbolçusu Nelson Bonilla hesabı açıb. Dörd dəqiqə sonra “Qəbələ”nin futbolçusu Aleksey Qay hesabı bərabərləşdirib. Matçın 83-cü dəqiqəsində “Qəbələ”nin yarımmüdafiəçisi Dodo komandasının qələbəsini rəsmiləşdirib. Beləliklə, görüş 2:1 hesabı ilə “Qəbələ”nin xeyrinə başa çatıb.

Komandalar arasında cavab oyunu martın 9-da Qəbələdə keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti