Fernando Alonso `Formula-1`in səfiri seçildi

Fernando Alonso `Formula-1`in səfiri seçildi
  02 Mart 2016    Oxunub:2214
Fernando Alonso Bakıda keçiriləcək Avropa Qran Prisinin səfiri olub.
Bunu Bakı Şəhər Halqasının (BŞH) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib. Onun sözlərinə görə, F.Alonso Avropa Qran Prisində dördüncü səfir olacaq.

Fernando Alonso kimdir?

Həyatı


O, 29 iyul 1981-ci ildə İspaniyanın Ovyedo şəhərində Xose Luis Alonsonun ailəsində dünyaya gəlib. Özündə böyük Lorena adlı bir bacısı var. Atası həvəskar kartinqçi olub. Sürücülük karyerasına 3 yaşında kartinqlə başlayıb. 1994-cü ildən etibarən ardıcıl 3 dəfə İspaniya üzrə kartinq çempionu olub. 1996-cı ildə isə daha böyük uğura imza ataraq dünya kartinq çempionu olub. Fernando Alonso eyni zamanda UNİCEF-in xoşməramlı səfiridir.

Formula1 karyerası

2001-ci ildə Minardi komandasında başlayan Alonso növbəti il fasilə verməli olub. Ondan sonra isə onun üçün uğurlu olan 4 illik Renault karyerası başlayıb. 2005-ci və 2006-cı illərdə dünya çempionu olan ispan sürücü növbəti il – 2007-ci ildə McLaren komandasına keçib. Sonra yenidən Renaul-ya qayıdıb və 2 il komandanın tərkibində mübarizə apardıqdan sonra onun karyerasının Ferrari dövrü başlayıb. 2010-2014-cü illərdə qırmızılarla əlindən gələnin ən yaxşısını edib. 2010-cu və 2012-ci illərdə vitse-çempion olub. 2015-ci ildən etibarən McLaren Honda komandasının sürücüsüdür.

Formula1 karyerası boyu 253 yarışa çıxan Alonso 32 qələbə və 22 poul qazanıb, 21 yarışda isə ən sürətli dövrəyə imza atıb. Fernando 97 dəfə podiuma yüksəlib və Formula1 tarixi boyu ən çox podiuma yüksəlmiş 3-cü sürücüdür.

İspaniyalı sürücü martın 8-də Bakıya gələcək. Qeyd edək ki, digər səfirlər Rəhim Əliyev, Gülhüseyn Abdullayev və Tünzalə Ağayevadır.( f-1.az)

AzVision.az


Teqlər:  





Xəbər lenti