`Di Kaprio `Titanik`də Cek olmaq istəmirmiş...`

`Di Kaprio `Titanik`də Cek olmaq istəmirmiş...`
  01 Mart 2016    Oxunub:3263
Xəbər verdiyimiz kimi, Hollivud ulduzu Leonardo Di Kaprio “Sağ qalmış” filmində oynadığı rola görə ən yaşı kişi ifaçısı nominasiyasında “Oscar” mükafatı alıb.
Yaradcılığı zamanı həmişə uğurlu rollar oynayan aktyor nədənsə, illərdir “Oscar” mükafatına həsrət qalmışdı. Amerika Kino Akademiyası aktyorun layiq olduğu mükafatı ona verməkdə xəsislik edirdi.

Kinoşünas Aygün Aslanlı “Oskar”-ın tarixinə nəzər salaraq belə bir hadisənin təkcə Di Kaprionun başına gəlmədiyini deyib.
“Təkcə aktyorların yox, bir neçə rejissorun da başına belə hadisə gəlib. Məsələn, Martin Skorsezenin adını çəkmək olar. Zənnimcə, bu addımın altında daha çox akademiklərin asiləri cəzalandırmaq istəyi dayanır. Di Kaprio Hollivudun onun boyuna biçdiyi qəlibdən- romantik sevgili, amerika arzusunun təcəssümü obrazından qurtulmaq üçün uzun müddət mübarizə aparıb. O, “Titanik”dəki Cekdən sonra romantik sevgili rollarından imtina edib. Deyilənə görə, Di Kaprio heç Ceki də oynamaq istəmirmiş. Əgər fikir versəniz, “Titanik”dəki Cekdən sonra seçdiyi və karyerasında vacib yer tutan rolların, demək olar ki, hamısı yuxarıda dediyim qəlibi dağıdan obrazlardır.



M.Skorsezenin “Nyu-York bandaları”, “Dönüklər”, Sem Mendesin “İnqilab yolu”, B.Lurmanın “Böyük Qetsbi”, Tarantinonun “Azad olunmuş Cango” filmlərindəki rollarını gözünüzün önünə gətirin. Onların hamısı “amerikan arzusu”nu ifşa edən qəhrəmanlar idi.

Holluvud elə şeyləri o qədər də sevmir. Və hər nə qədər “Oskar” kino aləmində böyük həvəslə gözlənilən mükafat olsa da, yarandığı ilk gündən ən siyasi, ideoloji mükafat hesab olunur. Bu səbəbdən də aktyor uzun illər “Oskar”ı gözləməli oldu. Di Kaprionun “Sağ qalmış” filmindəki personajı isə “amerikan arzusu” qəlibinə tam uyğun bir personajdır. Film özü də Hollivud standartlarına uyqun bir filmdir. İnyarruti zatən, “Bördman” fllmində bu barədə proqnoz vermişdi”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti