Gömrük işçilərinin maaşı artırıldı

Gömrük işçilərinin maaşı artırıldı
  29 Fevral 2016    Oxunub:3499
“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 25 fevral tarixli fərmanında dəyişiklik edilib.

Dəyişikliklə bağlı sənədi Prezident İlham Əliyev imzalayıb.

Dəyişikliyə əsasən, gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 50 faizi Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunacaq.
İndiyədək, bu rəqəm 25 faiz idi.

Sərəncamla Nazirlər Kabinetinə (NK) Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etmək, NK-nın Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentinə məlumat vermək tapşırılıb.

Fərman 2016-cı il martın 1-dən qüvvəyə minir.

AzVision.az


Teqlər:





Xəbər lenti