İlham Əliyev nazirlərlə görüşdü - FOTO

İlham Əliyev nazirlərlə görüşdü - FOTO
  29 Fevral 2016    Oxunub:2743
Fevralın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş nazirinin müavini və energetika naziri Kaxa Kaladzeni qəbul edib.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında enerji layihələrinin yüksək səviyyədə həyata keçirildiyi, “Cənub” qaz dəhlizinin uğurla reallaşdırıldığı bildirildi.

Ölkələrimiz arasında enerji sahəsi ilə yanaşı, digər sahələri də əhatə edən birgə layihələrin uğurla icrasından məmnunluq ifadə olundu. İki ölkənin gələcəkdə də strateji tərəfdaş kimi əməkdaşlıq edəcəyi vurğulandı.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 29-da Türkiyə Respublikasının enerji və təbii sərvətlər naziri Berat Albayrakı qəbul edib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən enerji sahəsində yüksək səviyyədə olmasından məmnunluq ifadə edildi. TANAP layihəsinin cədvələ uyğun olaraq uğurla həyata keçirildiyi vurğulandı, əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.



AzVision.az


Teqlər:





Xəbər lenti