Masallıda partlayış olub

Masallıda partlayış olub
  29 Fevral 2016    Oxunub:1825
Masallı rayonunda qaz borusunda partlayış baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, hadisə fevralın 28-də saat 16 radələrində Masallı rayonunun Ərkivan qəsəbəsində qeydə alınıb.

Rayon sakini Həsən Abbasov kanalizasiya borusunun içərisində təmir işləri apararkən oradan keçən qaz borusundan təbii qazın sızması nəticəsində partlayış baş verib.

Yanıq xəsarəti alan H. Abbasov xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

AzVision.az



Teqlər:  





Xəbər lenti