Ramil Usubov rəis və müavini işdən çıxardı

Ramil Usubov rəis və müavini işdən çıxardı
  29 Fevral 2016    Oxunub:3811
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərə Qarşı Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə regional şöbəsinin rəisi və rəis müavini vəzifələrindən azad ediliblər.
Bu barədə daxili işlər naziri general-polkovnik Ramil Usubov əmr imzalayıb.

Əmrə əsasən, regional şöbənin rəisi polis polkovniki Anar Əkbərov və onun müavini polis polkovnik-leytenantı Rəfail İsmayılov vəzifələrindən azad ediliblər. (Apa)


Teqlər:





Xəbər lenti