`İlhamənin ölümünü şouya çevirməyin` - Qardaşı

`İlhamənin ölümünü şouya çevirməyin` - Qardaşı
  26 Fevral 2016    Oxunub:4462
“Xahiş edirəm İlhamə xanımın ölümünü şouya çevirməyin”
AzVision.az xəbər verir ki, bunu ötən gün dünyasını dəyişən Xalq artisti İlhamə Quliyevanın xaricdə yaşayan qardaşı Eldar İsmayılov deyib.

Bacısının dəfn mərasimində iştirak etmək üçün Azərbaycana gələn E.İsmayılov İlhamə xanımın ölüm xəbərini eşidəndə şoka düşdüyünü bildirib.

“İlhamə xanım mənimlə telefonda danışanda bu ayın sonlarında müalicəsi üçün səfərə hazırlaşdığını demişdi. Biz onun ölümünü gözləmirdik. Allahın işidir. Jurnalistlərdən xahiş edirəm ki, onun ölümündə şou, sensasiya axtarmasınlar. Onun mahnıları təkrarolunmazıdır. O, bizim qızıl şlyaqerimizdir. Bu adam Azərbaycanın böyük ulduzu olub. Anım günüdə şou yaratmaq olmaz”.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti