Bu axşam rus-türk `savaşı` başlayır

Bu axşam rus-türk `savaşı` başlayır
  25 Fevral 2016    Oxunub:3903
Bu gün bütün türk dünyasının diqqəti Rusiyanın paytaxtı Moskvaya yönələcək. UEFA Avropa Liqasının 1/16 mərhələsi çərçivəsində Rusiya `Lokomativ`i Türkiyənin `Fənərbağça` klubu ilə qarşılaşacaq.
Rusiyanın daxili işlər naziri Vladimir Kolokolçev ötən gün “Lokomotiv” futbol klubunun fanatlarına müraciət edərək onlardan oyun zamanı ölkənin imicinə xələl gətirməməyi xahiş edib.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xatırladaq ki, ilk oyun fevralın 16-da keçirilib. "Fənərbağça" doğma meydanında "Lokomotiv"i (Moskva) qəbul edib. Oyunun 18-ci dəqiqəsində “Fənərbaxça” təmsilçisi Souza oyunda hesabı açıb. İlk hissə türklərin üstünlüyü ilə başa çatıb. İkinci hissə də Türkiyə təmsilçisinin üstünlüyü ilə keçib. 72-ci dəqiqədə Souza türkləri ikinci dəfə sevindirib. Qalmaqallı görüş Türkiyə klubunun 2:0 hesablı qələbsi ilə başa çatıb.

Qarşılaşma başlamazdan öncə stadionda gərginlik yaşanıb. “Lokomotiv” klubunun futbolçularını, məşqçi heyətini və azarkeşlərini daşıyan avtobus türklər tərəfindən daş-qalaq edilib.



Digər oyunda isə Türkiyə təmsilçisi `Qalatasaray` Romada İtaliyanın `Latsio` klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, bir həftə öncə İstanbulda keçirilən qarşılaşma 1-1 hesabı ilə bitmişdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti