Əhalinin gəlirləri artıb

Əhalinin gəlirləri artıb
  25 Fevral 2016    Oxunub:2036
Yanvar ayında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 12,1 faiz artaraq 3 milyard 80,6 milyon manata çatıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin hər nəfərinə düşən gəlirlərin həcmi isə 321,2 manat təşkil edib.

Gəlirlərin 88,0 faizi son istehlaka, 9,5 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,5 faizi isə kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 2 milyard 780,6 milyon manat və ya əhalinin hər nəfərinə orta hesabla 290,0 manat vəsait qalıb.

AzVision.az


Teqlər:





Xəbər lenti